Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampla bağlı son şərhlərinin bəzilərinin “həddindən artıq uzağa getdiyini” etiraf edib və buna görə təəssüfləndiyini bildirib.
Modern.az xəbər verir ki, Mask X sosial şəbəkəsində yazıb: "Keçən həftə prezident Donald Tramp haqqında yazdığım bəzi yazılara təəssüflənirəm. Onlar çox uzağa gediblər".
O, bir müddət əvvəl etdiyi hərəkətləri istehza ilə şərh edərək, heç kimin onun qədər öz reputasiyasını korlamadığını qeyd edib.
Keçən həftə Mask və Tramp arasında ABŞ prezidentinin təklif etdiyi və Maskın “iyrənc” adlandırdığı büdcə qanunu layihəsi üzərində ictimai mübahisə yaranıb. İlon Mask "qanun layihəsini öldürməyə" çağırıb, Tramp isə cavab verib ki, Maskın hərəkətindən məyus olub.
Bundan sonra Mask bildirib ki, məhz onun sayəsində Tramp prezident olub və Respublikaçılar Konqresin hər iki palatasına nəzarəti ələ keçiriblər. Mask həmçinin ABŞ prezidentinin impiçmenti ideyasını dəstəkləyib, yeni partiya yaratmağı təklif edib. O, Trampın adınıncinsi istismar məqsədi ilə insan alverində ittiham olunan maliyyəçi Ceffri Epşteynin işində sənədlərə daxil edildiyini açıqlayıb.
Prezidentlə mübahisəyə görə, Maskın “Tesla” şirkətinin səhmlərinin qiymətləri iyunun 5-də 14% ucuzlaşıb.