Ermənistanda partlayışda ölənlərin sayı artıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Çəmbərək şəhərinin Qaregin Njde küçəsində yerləşən yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Xilasetmə xidmətinin əməkdaşının sözlərinə görə, həlak olanların hamısı qadındır; İlkin məlumata görə, ölənlər arasında uşaqlar yoxdur.
"Hazırda binanın bəzi sakinləri ilə əlaqə saxlamaq mümkün deyil. Biz bunun qəzanın nəticəsi olduğunu iddia etmirik, lakin əsaslı ehtimal var", - xilasetmə xidmətinin nümayəndəsi bildirib.
İlkin versiyaya görə, məişətdə işlədilən qaz sobasında partlayış baş verib.