Modern.az

Rusiya diplomatı XİN-ə çağırıldı

Rusiya diplomatı XİN-ə çağırıldı

Dünya

11 İyun 2025, 14:32

Rusiyanın müvəqqəti işlər vəkili Finlandiyanın hava məkanının pozulması ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az Yle portalına istinadən xəbər verir ki, görüş iyunun 11-nə planlaşdırılıb.

Qeyd edək ki, iyunun 10-da Finlandiya Müdafiə Nazirliyi Rusiyaya məxsus hərbi təyyarənin Porvoo rayonunda ölkənin hava məkanını pozduğunu bildirib. Finlandiyanın Sərhəd Xidməti hadisə ilə bağlı təhqiqata başlayıb.

Bu, ay ərzində qeydə alınan ikinci oxşar hadisədir. May ayının sonlarında Rusiya Silahlı Qüvvələrinə məxsus daha bir təyyarə Finlandiyanın hava məkanına daxil olmuşdu. Hadisədən sonra Helsinki Rusiyanın ölkədəki səfiri Pavel Kuznetsova nota təqdim etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum