Modern.az

ABŞ-la Çin ticarət razılaşmasına nail oldu

ABŞ-la Çin ticarət razılaşmasına nail oldu

Dünya

11 İyun 2025, 16:42

ABŞ və Çin demək olar ki, ticarət razılaşmasına nail olub.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O bildirib ki, ABŞ və Çin iki dövlətin liderləri tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər.

“Bizim Çinlə razılaşmamız demək olar hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir”, - Ağ Ev lideri vurğulayıb.

Onun sözlərinə görə, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək:

“Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik".

Tramp bildirib ki, ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum