Modern.az

İranla gərginlik: diplomat və hərbçi ailələri geri çağırıldı

İranla gərginlik: diplomat və hərbçi ailələri geri çağırıldı

Dünya

12 İyun 2025, 06:52

ABŞ İranla gərginlik fonunda Yaxın Şərqdən bəzi diplomatları və hərbçi ailələrini geri çağırıb.

Modern.az bu barədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Dövlət və Müdafiə Departamentləri Yaxın Şərq ətrafındakı yerlərdən qeyri-vacib personalın təxliyəsini təşkil edib. Bu addım Yaxın Şərqdə artan gərginlik fonunda atılıb. Müdafiə katibi Pit Heqset hərbi qulluqçuların Yaxın Şərqdəki yerləri könüllü şəkildə tərk etməsinə icazə verib.

ABŞ Dövlət Departamenti həmçinin, ABŞ-ın İraq, Bəhreyn və Küveytdəki səfirliklərinin qeyri-vacib işçilərinin bölgədə artan təhlükəsizlik riskləri səbəbindən ölkədən getməsinə göstəriş verməyə hazırlaşır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı