Modern.az

İsrail İrana hücuma hazırlaşır - ABŞ XƏBƏRDARLIQ ETDİ

İsrail İrana hücuma hazırlaşır - ABŞ XƏBƏRDARLIQ ETDİ

Dünya

12 İyun 2025, 08:55

İsrail İranda hərbi əməliyyat keçirməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə "CBS News" nəşri yazıb.

Bildirilir ki, ABŞ vətəndaşlarını cavab zərbəsi təhlükəsi səbəbindən bölgəni tərk etməyə çağırıb.

Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ rəsmilərinə İsrailin İslam Respublikasına qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib.

Telekanalın məlumatına görə, ABŞ İranın qonşu İraqdakı bəzi obyektlərə cavab tədbirləri görəcəyini gözləyir. Bu səbəbdən ABŞ hakimiyyəti amerikalılara bölgəni tərk etməyi tövsiyə edib və Dövlət Departamenti “regional gərginliyin artması” səbəbindən qeyri-vacib hökumət rəsmilərinə İraqı tərk etməyi əmr edib.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof hələ iyunun 15-də ölkənin nüvə proqramı üzrə danışıqların altıncı raundu üçün İranla görüşməyi planlaşdırır.

Vəziyyəti şərh edən Donald Tramp qeyd edib ki, amerikalılara bölgəni “təhlükəli yer ola biləcəyi üçün” tərk etmək tövsiyə olunur. Tramp eyni zamanda ABŞ-ın İranın nüvə silahı hazırlamasına icazə verməyəcəyini bir daha vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı