Modern.az

İran İsrailə qarşı cavab hücumuna HAZIRLAŞIR

İran İsrailə qarşı cavab hücumuna HAZIRLAŞIR

Dünya

12 İyun 2025, 16:00

İranın hökumət üzvləri və hərbi rəhbərliyi İsrailin mümkün hücumu halında cavab tədbirlərini müzakirə etmək üçün toplantı keçirib.

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti adının açıqlanmasını istəməyən yüksək rütbəli Tehran rəsmisinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, İran artıq İsrailə qarşı cavab zərbəsi planını hazırlayıb. Tehran rəsmisi bildirib ki, plan dərhal həyata keçirilə biləcək və “yüzlərlə ballistik raketin” istifadəsini nəzərdə tutur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami də mövzu ilə bağlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, İran silahlı qüvvələri “istənilən ssenariyə hazırdır” və SEPAH bu istiqamətdə öz strategiyasına malikdir.

Qeyd edək ki, daha öncə “The Washington Post” qəzeti ABŞ kəşfiyyatının İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyindən ehtiyat etdiyini yazıb. “CBS News” isə İsrailin İranda hərbi əməliyyata başlamağa hazır olduğunu bildirib. ABŞ hakimiyyəti bölgədəki vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı