Modern.az

Paşinyan Türkiyəyə GEDİR

Paşinyan Türkiyəyə GEDİR

Dünya

12 İyun 2025, 16:49

Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "24 News" nəşri məlumat yayıb.

Məlumata görə, səfər iyunun 20-də baş tutacaq.

O, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Məlumata görə, hər iki lider Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcək.

Paşinyan hökuməti səfərlə bağlı rəsmi açıqlama verməyib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı