Modern.az

240-dan artıq sərnişinin öldüyü təyyarədən 1 nəfər SAĞ ÇIXIB

240-dan artıq sərnişinin öldüyü təyyarədən 1 nəfər SAĞ ÇIXIB

Dünya

12 İyun 2025, 18:40

Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir sərnişini sağ qalıb.

Modern.az xəbər verir ki, bu haqda “ANI” portalı polisə istinadən məlumat yayıb.

“Polis 11A ünvanında bir sağ qalanı tapıb”, - deyə hüquq-mühafizə orqanı rəsmisi bildirib. O, xəstəxanaya aparılıb.

“Hələlik ölənlərin sayı ilə bağlı heç nə demək mümkün deyil. Təyyarə yaşayış massivində qəzaya uğradığı üçün bu, arta bilər”, - polis əlavə edib.

Qeyd edək ki, təyyarənin göyərtəsində 242 nəfərin olduğu bildirilib. Bundan əvvəl onların hamısının həlak olduğu barədə xəbər yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur