Modern.az

Dəhşətli təyyarə qəzasında ölənlər arasında tələbələr də var...

Dəhşətli təyyarə qəzasında ölənlər arasında tələbələr də var...

Dünya

12 İyun 2025, 18:59

Hindistanın Əhmədabad şəhərində "Boeing 787 Dreamliner" təyyarəsinin binaya çırpılması nəticəsində onlarla tibb fakültəsi tələbəsi xəsarət alıb.

Modern.az-ın məlumatına görə, Hindistan Tibb Assosiasiyasının vitse-prezidenti Dhaval Gameti bildirib ki, təxminən 50-60 yaralı həkim xəstəxanalara aparılıb.

O, daha sonra üç tələbənin öldüyünü bildirib. Qəza yerində həkimlərin həyat yoldaşlarından birinin meyiti də tapılıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Hazırda yalnız bir sərnişinin sağ qaldığı məlumdur.

Əhmədabad-London reysi ilə uçan təyyarə bu gün Hindistanın qərbində hava limanı yaxınlığında havaya qalxdıqdan qısa müddət sonra kollec binasının üzərinə enərək qəzaya uğrayıb. Təyyarədə 12 ekipaj üzvü olmaqla 242 nəfər olub. Sərnişinlər əsasən Hindistan və Britaniya vətəndaşlarıdır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı