Modern.az

Təyyarə qəzasında ölənlərin sayı 300-ü keçdi

Təyyarə qəzasında ölənlərin sayı 300-ü keçdi

Dünya

12 İyun 2025, 22:37

Hindistanın "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.

Modern.az xəbər verir ki, bu barədə "New Indian Express" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, polis qəzaya uğrayan təyyarənin göyərtəsində 240-dan çox insanın öldüyünü təsdiqləyib.

Daha 75 nəfər təyyarənin düşdüyü yerdə ölüb.

Məlumata görə, Əhmədabad hava limanı yaxınlığında baş verən qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər.

NDTV telekanalına ekspertlər bildiriblər ki, quşlarla toqquşma təyyarənin uçuş sürətini azalda bilərdi. Həmçinin qeyd edilir ki, qəzaya uğramış "Boeing 787-8 Dreamliner" təyyarəsi 11 ildən çoxdur istismardadır.

Telekanalın məlumatına görə, baş vermiş faciə 2011-ci ildə kommersiya uçuşlarına başlayan "Boeing 787-8 Dreamliner" təyyarəsinin ilk qəzasıdır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur