Həm Rusiya, həm də Ukraynaya görə məyusam.
Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
"Rusiyadan dolayı çox məyus oldum. Ukraynaya görə də məyusam. Düşünürəm ki, sövdələşmələr ola bilərdi", - deyə Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, Ukrayna və Rusiya həftədə 5-6 min insan itirir. Tramp qeyd edib ki, ölənlərin əksəriyyəti hərbçilərdir, amma aralarında mülki şəxslər də var.