İyunun 12-də Ankarada Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinləri Mehmet Kemal Bozay və Alexandra Papadopoulou arasında dördüncü siyasi dialoq keçirilib.
Modern.az xəbər verir ki, toplantının yekunlarına dair birgə açıqlama yayılıb.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, Türkiyədə keçirilməsi planlaşdırılan 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlıq çərçivəsində görülən işlər dəyərləndirilib.
Nazir müavinləri, həmçinin regional və beynəlxalq məsələlərlə bağlı aktual mövzuları da nəzərdən keçiriblər.
Müsbət abı-havada keçən görüşdə tərəflər qarşılıqlı, eləcə də beynəlxalq əməkdaşlıq sahələrini daha da inkişaf etdirmək istiqamətindəki ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.