ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının aparıcısı ilə söhbətində İsrailin İrana zərbələrini şərh edib.
Modern.az xəbər verir ki, o, hücum barədə məlumatı olduğunu və İranın danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib.
"İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Baxacağıq. Rəhbərlikdə geri dönməyən bəzi insanlar var", - deyə Tramp qeyd edib.
ABŞ cavab tədbirləri gözləyir və ABŞ Mərkəzi Komandanlığı yüksək hazırlıq vəziyyətindədir. Donald Tramp qeyd edib ki, İran cavab tədbirləri görərsə, ABŞ özünü və İsraili müdafiə etməyə hazırdır.