İranın Ali Rəhbəri Əli Xamenei ölkəyə yeni Baş Qərargah rəisi təyin edib.
Modern.az xəbər verir ki, bu vəzifə müvəqqəti olaraq admiral Həbibullah Səyyariyə tapşırılıb.
Xameneinin digər qərarı ilə general Əhməd Vahidi müvəqqəti olaraq SEPAH komandiri təyin edilib.
Xatırladaq ki, İsrailin hücumu nəticəsində Baş Qərargah rəisi Məhəmməd Baqiri və SEPAH komandiri Hüseyn Salami öldürülüb.