Modern.az

İsrail yenidən İrana hücum edəcək - Hədəfdə bu ŞƏHƏRLƏRDİR

İsrail yenidən İrana hücum edəcək - Hədəfdə bu ŞƏHƏRLƏRDİR

Dünya

13 İyun 2025, 12:01

İsrailin İrana hava hücumları davam edəcək.

Modern.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti müdafiə mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücumların bir neçə gün davam edəcəyi gözlənilir.

İran mənbələri də İsrailin yenidən hücum edəcəyini ehtimal edirlər. İran hakimiyyətinə yaxın teleqram kanalları İsfahan, Buşəhr və digər nüvə obyektlərinin olduğu şəhərələrə hücum ediləcəyini gözləyirlər.

İsrailin Baş naziri Benyamin Natanyahu da hücumun davam edəcəyini bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İrana hücum edib. Zərbə zamanı SEPAH komandiri Hüseyn Səlami və Baş Qərargah rəisi Məhəmməd Baqiri də həlak olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur