Modern.az

NATO Baş katibindən İsrailin hücumuna REAKSİYA

NATO Baş katibindən İsrailin hücumuna REAKSİYA

Dünya

13 İyun 2025, 12:38

NATO Baş katibi Mark Rutte İsrailin İrana hücumuna münasibət bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə İsveç Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında çıxışı zamanı danışıb.  

Rutte qeyd edib ki, ABŞ başda olmaqla müttəfiqlər gərginliyi azaltmalıdırlar:

"Açığı hadisələr sürətli şəkildə baş verib. Bu, İsrailin təktərəfli addımıdır. ABŞ da daxil olmaqla müttəfiqlərin gərginliyi azaltmaq üçün səy göstərmələri həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə çalışdıqlarını da bilirəm".

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail İrana hava hücumları edib. Hücumlar nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqir də öldürülüb. Eləcə də Təbrizə endirilən aviasiya zərbələri endirilib, nəticədə SEPAH-ın üç üzvü həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur