İranın xarici işlər naziri Abbas Araqçi ilə Səudiyyə Ərəbistanından olan həmkarı Fərhan bin Faysal əl-Səud arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səudiyyəli nazir İran tərəfinə hərbi komandirlərin və digər İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib, eləcə də İsrailin hücumlarını qətiyyətlə qınayıb.
İranın baş diplomatı Səudiyyə Ərəbistanına tutduğu mövqeyə görə təşəkkür edib və İsrailin addımlarının arxasında ABŞ tərəfinin dayandığını açıqlayıb:
”Bu aqressiya ABŞ-ın koordinasiyası və “yaşıl işığı” olmadan mümkün ola bilməzdi. Bu aksiyanın təhlükəli nəticələrinə görə ABŞ tərəfi də məsuliyyət daşıyır” – deyə, İranlı nazir bildirib.
O, ölkəsinin Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin iştirakçısı olduğunu deyib və AEBA-nı İsrail tərəfinin bu addımını qınamağa çağırıb.