Modern.az

Ərdoğandan İsrail-İran müharibəsinə sərt REAKSİYA

Ərdoğandan İsrail-İran müharibəsinə sərt REAKSİYA

Dünya

13 İyun 2025, 15:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarına münasibət bildirib.

Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan baş verənləri pisləyib.

“İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır. Netanyahu rəhbərliyi düşünmədən, təcavüzkar və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna "dur" deməlidir",- Ərdoğan vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur