Modern.az

Putin Netanyahu və Pezeşkianla danışdı - YENİLƏNİB

Putin Netanyahu və Pezeşkianla danışdı - YENİLƏNİB

Dünya

13 İyun 2025, 22:27

İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə də telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putin bütün İsrail-İran ziddiyyətlərinin sülh yolu ilə həllinin və danışıqlar prosesinə qayıtmağın vacibliyinə işarə edib. 

***

21:27

Rusiya Prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Pezeşkianla söhbətində Putin Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Rusiya prezidenti Moskvanın İsrail-İran münaqişəsində vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU