Modern.az

İsrail İranın hərbi hava bazalarını VURDU

İsrail İranın hərbi hava bazalarını VURDU

Dünya

14 İyun 2025, 07:16

İsrail Müdafiə Qüvvələri raket və pilotsuz uçuş aparatlarının buraxılışı üçün istifadə olunan iki İran hərbi hava bazasına zərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr İranın qərbindəki Həmədan və şimalındakı Təbriz hava bazalarına, həmçinin ölkənin şimal-qərbindəki “yer – yer” sinifli raketlərin buraxılış meydançasına endirilib.

“Hücum zamanı onlarla İran PUA-sı və “yer – yer” sinifli raket qurğuları məhv edilib”, – məlumatda qeyd olunub.

Bundan başqa, "Mehr" agentliyi yazır ki, Tehranın mərkəzi hissəsində yerləşən Mehrabad hava limanı yaxınlığında partlayış səsi eşidilib. 

Agentliyin yaydığı görüntülərdə qatı tüstü görünüb. Hava limanına heç bir ziyan dəyməyib.

Partlayış yerində güclü yanğın başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU