İran İsrail ərazisinə dördüncü raket zərbələri dalğasına başlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
İsrail ordusu İrandan yeni raket hücumunun başladığını bildirib. Ölkənin hər yerində hava hücumu sirenləri səslənir.
İran rəsmiləri CNN-ə bildiriblər ki, İran ordusu İsrailə qarşı hücumları gücləndirmək niyyətindədir.
Həmçinin, İran İsrailə kömək edəcək mütəffəqilərə də hücum etməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrail Hərbi Hava Qüvvələri İranda 100-ə yaxın hədəfi vurub. Zərbələr nəticəsində SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri və nüvə alimləri həlak olub.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, İsrail bütün qırmızı xətləri keçib və hazırda Tehranın cavab zərbəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur.
İsrailin nüvə obyektlərinə hücumuna cavab olaraq İran silahlı qüvvələri iyunun 13-ü axşam saatlarında əməliyyat keçirib. İranın cavabı əsasən kütləvi raket atışlarından ibarət olub.