Modern.az

İraq İsraildən BMT-yə şikayət etdi

İraq İsraildən BMT-yə şikayət etdi

Dünya

14 İyun 2025, 08:30

İraq hava məkanının İsrail tərəfindən pozulması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb.

Modern.az İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bunu İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn iranlı həmkarı Abbas Əraqçi ilə telefon söhbətində deyib.

Son hadisələrin müzakirə edildiyi telefon söhbəti zamanı, həmçinin İranı hədəf alan hərbi təcavüzün İraq tərəfindən kəskin şəkildə pisləndiyi vurğulanıb, İraqın bu təhlükəli eskalasiyada İran hökuməti və xalqı ilə həmrəy olduğu diqqətə çatdırılıb.

İraq XİN başçısı beynəlxalq ictimaiyyəti İraq və regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid olan bu təkrarlanan pozuntulara qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb. Fuad Hüseyn İran tərəfini vəziyyətin sakitləşməsinə və regionda təhlükəsizlik və sabitliyin artmasına töhfə verə biləcək həll yollarına nail olmaq üçün Omanın vasitəçiliyi ilə ABŞ ilə dialoqu davam etdirməyə çağırıb. İranlı nazir, öz növbəsində İranın təhlükənin həcminə uyğun şəkildə cavab vermək və suverenliyini müdafiə etmək hüququna malik olduğunu” vurğulayaraq, İsrail təyyarələrinin İraqın hava məkanını pozduğunu qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU