Modern.az

İsrail İranın 9 nüvə alimini öldürüb - ADLAR

İsrail İranın 9 nüvə alimini öldürüb - ADLAR

Dünya

14 İyun 2025, 14:34

İsrail Müdafiə Qüvvələri İranda ölkənin nüvə proqramının hazırlanmasında iştirak edən doqquz əsas nüvə alimi və ekspertinin öldürüldüyünü bildirib.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfi bildirib ki, həlak olanların hamısı İranın nüvə layihəsində mühüm vəzifələr tutub və nüvə silahının hazırlanmasında onilliklər ərzində toplanmış təcrübəyə malik olublar.

Məlumatda öldürülən alimlərin adları qeyd olunub:

Fereydoon Abbasi - nüvə mühəndisliyi üzrə eksperr;
Məhəmməd Mehdi Tehranşi - fizik;
Əkbər Mötələbi Zadə - kimya mühəndisliyi üzrə ekspert;
Said Barji - materialşünaslıq üzrə ekspert;
Əmir Həsən Fəhahi - fizik;
Abd al-Hamid Minushehr - reaktor fizikası üzrə mütəxəssis;
Mənsur Əsgəri - fizik;
Əhməd Rza Zülfüqari Dəryani - nüvə mühəndisliyi üzrə ekspert;
Ali Bahoui Katirimi - mexanika üzrə mütəxəssis.

İsrail ordusunun bəyanatında deyilir ki, onlar İranın nüvə silahı əldə etmə yolunda əsas rol oynayıblar.

Alimlərin öldürülməsi İsrail kəşfiyyatı tərəfindən toplanan dəqiq kəşfiyyat nəticəsində mümkün olub. İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də bu məlumat əsasında əməliyyat keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU