Modern.az

Meloni liderlərlə Yaxın Şərqi müzakirə etdi

Meloni liderlərlə Yaxın Şərqi müzakirə etdi

Dünya

14 İyun 2025, 19:12

İtaliyanın Baş naziri Ciorcia Meloni Yaxın Şərqdəki böhranla əlaqədar dünya və Avropa liderləri, eləcə də region ölkələrinin rəhbərləri ilə telefon danışıqları aparıb.

Modern.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, Ciorcia Meloni ilə ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Fridrix Merts və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında məsləhətləşmələr olub.

İtaliyanın Baş naziri, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Oman, Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə telefon danışığında diplomatik həlli təşviq etmək üçün birgə işləməyi müzakirə edib.

Bundan başqa, Ciorcia Meloni İsrailin Baş naziri Benyamin Netanyahu ilə də fikir mübadiləsi aparıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU