İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, raket hücumunda 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb
***
06:25
İran ötən gecə yenidən İsrailə hücum edib.
Modern.az xəbər verir ki, İrandan atılan raketlər Təl-Əvivin ətrafı Bat Yam və Rehovot ərazilərinə düşüb.
Zərbələr nəticəsində 3 nəfər ölüb, 140-dan çox insan yaralanıb.
“The Times of Israel” qəzetinin yazdığına görə , raket Bat Yam şəhərində yaşayış binasına düşüb. Dağıntılar altından 60 və 70 yaşlı iki qadının, həmçinin 13 yaşlı uşağın meyiti çıxarılıb.