Hindistanın Uttaraxand ştatında içərisində 7 nəfər olan helikopter qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, hadisə Rudraprayaq rayonu ərazisində baş verib.
Uttaraxand ştatının mülki aviasiya idarəsi qəzanın yerli vaxtla səhər saat 5:20-də baş verdiyini açıqlayıb. Qəza vaxtı helikopterdə pilot və biri uşaq olmaqla 6 sərnişin var imiş. Onlar ziyarətgaha gedən zəvvarlar olub. Helikopterdə olanların hamısı həlak olub.