SEPAH İsrailin hücumlarında bir neçə yüksək rütbəli komandirlərin öldüyünü bildirib.
İsrailin hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin bir neçə yüksək rütbəli komandiri ölüb.
Modern.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, öldürülən komandirlər arasında Mahmud Baqiri, Davud Şeyxiyan, Məhəmməd Taherpur, Mənsur Səfərpur, Məsud Tayeb, Xosro Həsəni və Cavad Carsora var.
SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadənin İsrailin hücumlarında öldürüldüyünü də təsdiqləyib.