İranda İsrail Müdafiə Qüvvələrinin (İMQ) hücumu nəticəsində 224 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin (SN) İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, son 65 saatda 1 481 nəfər xəstəxanaya yerləşdirilib. “Onların 90 %-dən çoxu mülki şəxslərdir”, – Kirmanpur qeyd edib.
Nazirlik nümayəndəsi 522 nəfərin evə buraxıldığını, 224-nün öldüyünü vurğulayıb.