Modern.az

İsrailin hücumları nəticəsində Tehranda 73 qadın və uşaq ölüb

İsrailin hücumları nəticəsində Tehranda 73 qadın və uşaq ölüb

Dünya

16 İyun 2025, 08:08

İsrailin Tehrana hücumları nəticəsində 73 qadın və uşaq ölüb.

 

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial şəbəkədə yazıb.

 

“Tehranda son üç həmlədə 73 qadın və uşaq öldürülüb; Çəmran yaşayış kompleksində 20 uşaq öldürülüb, 10 nəfər hələ də 48 saat sonra dağıntılar altında qalıb”, – o qeyd edib.

 

Onun sözlərinə görə, “İsrail təbliğatı” zərbələri “cərrahi dəqiqliklə, yaşayış yerlərinə zərər vermədən” həyata keçirdiyini iddia etsə də, reallıqda İsrail Müdafiə Qüvvələrinin “cərrahi dəqiqliyi” “ailələr, uşaqlar və qadınları hədəfə almaq”dan ibarət olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU