Modern.az

İsrail və İran razılığa gələ bilər - Tramp

İsrail və İran razılığa gələ bilər - Tramp

Dünya

16 İyun 2025, 09:52

İsrail və İran hərbi əməliyyatları dayandırmaq üçün razılığa gələ bilər.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin cənub çəmənliyində jurnalistlərə açıqlamasında deyib.

O, iki ölkənin razılığa gələcəyinə ümid etdiyini bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, bunun üçün vaxt gəlib çatıb.

"Ancaq bəzən problemi mübarizə yolu ilə həll etmək lazımdır. Görək nə baş verir. Məncə, razılığın əldə olunması üçün hər cür şans var", - Amerika lideri bildirib.

O, həmçinin ABŞ-ın yəhudi dövlətinə müdafiə yardımını davam etdirəcəyini söyləyib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır