Modern.az

İsrailin bu şəhərində dron həyəcanı elan olundu

İsrailin bu şəhərində dron həyəcanı elan olundu

Dünya

16 İyun 2025, 12:20

İsrailin Beyt-Şean şəhərində və Təbəriyyə gölünün cənubunda yerləşən ərazilərdə potensial dron hücumu ilə əlaqədar həyəcan təbili çalınıb.

Modern.az xəbər verir ki, bu barədə IDF-ə (İsrail Müdafiə Qüvvələri –red) bağlı Beyt Şea Daxili Cəbhə Komandanlığı məlumat yayıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır