Modern.az

Pakistan İranla sərhəd keçidlərini bağlayır

Pakistan İranla sərhəd keçidlərini bağlayır

Dünya

16 İyun 2025, 15:45

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində qonşu İranla bütün sərhəd-keçid məntəqələri qeyri-müəyyən müddətə bağlanıb.

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi yüksək səviyyəli yerli məmura istinadən məlumat yayıb.

İranla həmsərhəd olan Bəlucistan əyalətinin rəsmisi Qadir Baxş Pirkani agentliyə deyib ki, hər beş rayonda - Çaqay, Vaşuk, Pəncqur, Keç və Qvadarda sərhəd keçid məntəqələrinin fəaliyyəti dayandırılıb.

Sərhədin bağanması İran və İsrail arasında gərginliyin artması fonunda ictimai təhlükəsizliyin təmin edilməsi və sərhəddə gözlənilməz insidentlərin qarşısının alınması məqsədilə həyata keçirilib. Pakistan rəsmiləri, həmçinin vətəndaşları qonşu ölkəyə səfərdən çəkinməyə və ayıq-sayıq olmağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır