Tel-Əviv və Tehran arasında hərbi münaqişə Türkiyənin 10 aviaşirkətinə məxsus təyyarələrin İran və İraqdakı hava limanlarından havaya qalxmasına mane olub.
Modern.az xəbər verir ki, bu barədə Mülki aviasiya xəbərləri üzrə ixtisaslaşmış “Airporthaber” portalı məlumat yayıb.
Qeyd edilib ki, İranda beş, İraqda isə iki Pegasus Hava Yolları təyyarəsi var. Türk Hava Yollarına məxsus bir təyyarə və bir AJet təyyarəsi isə İraqda qalıb. Tailwind Airlines şirkətinə məxsus daha bir təyyarə də İrandadır.
Portalın məlumatına görə, Türkiyə öz təyyarələrinin təhlükəsiz şəkildə respublikaya qayıtmasını təmin etmək üçün diplomatik səylər göstərir.
Qeyd edək ki, Türkiyə Nəqliyyat Nazirliyi bundan əvvəl təhlükəsizlik səbəbilə Türk Hava Yollarının İran, İraq, Suriya və İordaniyaya olan bütün reyslərini iyunun 16-dək təxirə salmışdı.