Rusiyanın məşhur idmançısı Nikolay Krasnikov Rusiyanın Ufa şəhəri yaxınlığında avtomobil qəzasında dünyasını dəyişib.
Modern.az xəbər verir ki, Rusiya mətbuatında yer alan məlumata görə, Krasnikovun idarə etdiyi avtomobil əks istiqamətdə hərəkət edən iki yük maşını ilə toqquşub. Xilasedicilər və təcili tibbi yardım briqadaları gələnə qədər 40 yaşlı idmançı hadisə yerində keçinib.
Nikolay Krasnikov motosiklet üzrə iyirmiqat dünya çempionu olub. O, Rusiyada ən çox təltif edilmiş və titullu avtoidman idmançısı sayılırdı.