Modern.az

Belarus vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olundu

Belarus vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olundu

Dünya

16 İyun 2025, 19:45

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində növbəti təxliyə prosesi uğurla başa çatdırılıb.

Modern.az xəbər verir ki, bu dəfə təxliyə olunanlar Belarus Respublikasının vətəndaşlarıdır.

Təxliyə olunan şəxslər əvvəlcədən müəyyən olunmuş sənəd və qayda tələblərinə uyğun şəkildə sərhəd yoxlamasından keçiblər. Yoxlamalardan sonra onların ölkə ərazisində təhlükəsiz hərəkəti üçün müvafiq nəqliyyat vasitələri ayrılıb və qrup paytaxt Bakı istiqamətində yola salınıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır