ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Modern.az xəbər verir ki, "Fox News"un məlumatına görə, bu, Amerika lideri G7 sammitindən qayıtdıqdan dərhal sonra baş tutacaq.
Telekanalın məlumatına görə, Tramp Milli Təhlükəsizlik Şurasından onun situasiya otağına qayıtmasına hazırlaşmağı xahiş edib.
Xatırladaq ki, bir müddət əvvəl Ağ Evin mətbuat katibi Karolin Livitt bəyan etmişdi ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətlə əlaqədar G7 sammitində iştirakını erkən bitirir.
Tramp sammiti yerli vaxtla iyunun 16-da axşam (iyunun 17-nə keçən gecə) tərk edib.