Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
O qeyd edib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
"Ermənistanın baş naziri Türkiyəyə səfər edəcək. Bütün regional məsələlər müzakirə olunacaq. Bu tarixi səfərdir, çünki bu, Ermənistan rəhbərinin bu səviyyədə ilk səfəridir", - Simonyan əlavə edib.