Modern.az

Xameneinin yaxın ətrafı “YOXA ÇIXIR”

Xameneinin yaxın ətrafı “YOXA ÇIXIR”

Dünya

17 İyun 2025, 20:25

İsrail-İran toqquşmasının beşinci günündə ölkənin ali lideri Əli Xameneinin yaxın adamlarından hesab edilən Əli Şadmaninin öldürüldüyü barədə xəbərlər yayılıb. Tehran məlumatı rəsmi olaraq təsdiqləməsə də, xəbəri təkzib də etməyib. 

Rəsmi vəzifəsi İran Silahlı Qüvvələrinin “Hatam-al-Anbiya” mərkəzi qərargahının rəisi olan general bir neçə gün əvvəl, iyunun 13-də təyin edilib. 

Modern.az-ın məlumatına görə, Şadmani Xameneinin öldürülən ilk yaxın adamı deyil.

Belə ki, İsrailin hücuma başlamasından bu yana ali liderin yaxın ətrafında olan bir neçə yüksək vəzifəli şəxs hədəfə alınıb. Onların arasında SEPAH komandanı Hüseyn Səlami, İranın ballistik raket proqramının rəhbəri və eyni zamanda SEPAH-ın aerokosmik bölməsinin başçısı Əmir Əli Hacızadə, həmçinin SEPAH-ın kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazimi də var.

"Reuters" agentliyi yazır ki, bu şəxslər Xameneinin ən yaxın adamları hesab edilir, onlar ali liderin daxili müşavir dairəsinə daxil olub və qərarların qəbul edilməsində xüsusi rol oynayıblar. Agentliyə danışan mənbələr qeyd edir ki, onlar 86 yaşlı Xameneinin qeyri-rəsmi müşavirləri olub. 

Bildirilir ki, müşavirlərin öldürülməsi İran rəhbərliyində ciddi boşluqlar yaradıb və qərar qəbuletmə prosesində potensial səhvlərin riskini artırıb. “Daxili sabitlik və müdafiə məsələlərində yanlış hesablamalar üçün risk son dərəcə təhlükəlidir”, - Xameneinin toplantılarında mütəmadi iştirak edən bir şəxs, vəziyyəti belə qiymətləndirib:

Mənbələrin bildirdiyinə görə, Xameneinin ətrafındakı 15-20 nəfərlik müşavir heyəti rəsmi orqan kimi deyil, qeyri-rəsmi və sadiq fiqurların daxil olduğu çevrə kimi fəaliyyət göstərir. Bu çevrəyə SEPAH komandirləri, ali rütbəli ruhanilər və mühafizəkar siyasətçilər daxildir. Onlar yalnız vacib məsələlər müzakirəyə çıxarıldıqda Xameneinin Tehrandakı iqamətgahında toplaşırlar.

İranın teokratik quruluşuna görə, ali dini lider ölkənin silahlı qüvvələrinin baş komandanıdır, müharibə elan etmək, yüksək çinli hərbçiləri və hakimləri təyin etmək vəzifəsi də məhz onun əlində cəmlənib. Mənbələr deyir ki, Xamenei qərarları şəxsən qəbul etsə də, müxtəlif baxış bucaqlarını dinləməyə, əlavə məlumat almağa və müşavirlərinin tövsiyələrinə açıqdır.

Ən yaxın müşavirlərinin itirilməsi həm hərbi komandanlıqda, həm də qərar qəbuletmədə ciddi boşluqlar yaradıb. Bu da İranın gələcəkdə İsraillə və ya regionda başqa aktorlarla potensial qarşıdurmalarında yanlış qərarlar vermə ehtimalını artırır. Müşahidəçilər və ekspertlər bu vəziyyəti təkcə İranın daxili sabitliyi narahatedici hesab edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı