Modern.az

Trampdan sərt paylaşım: Xameneinin yerini bilirik!

Trampdan sərt paylaşım: Xameneinin yerini bilirik!

Dünya

17 İyun 2025, 20:52

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xamenei ilə bağlı paylaşım edib.

Modern.az-ın məlumatına görə, Tramp Xameneinin yerini dəqiq bildiklərini, onu hədəf ala biləcəklərini, lakin hələlik bu addımı atmayacaqlarını qeyd edib.

"Biz "Ali Lider" adlandırılan şəxsin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu hələlik sıradan çıxarmayacağıq (öldürməyəcəyik). Amma mülki şəxslərə və Amerika əsgərlərinə raket atılmasını istəmirik. Səbrimiz tükənir. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirik!"

Trampın digər paylaşımında isə ABŞ-ın İran üzərində tam hava üstünlüyünə malik olduğunu vurğulayıb:

"Hazırda İran üzərində tam və qəti hava nəzarəti bizdədir. İranın yaxşı hava izləmə sistemləri və müdafiə avadanlıqları var idi, həm də xeyli miqdarda, amma bu, ABŞ istehsalı olan texnologiyalarla müqayisə oluna bilməz. Heç kim ABŞ qədər bu işi bacarmır". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı