Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.
Modern.az xəbər verir ki, məlumatı “Qafqaz xronikası” teleqram kanalı yayıb.
“Ermənistandakı mənbələrimiz Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın tutduğu vəzifədən azad edildiyini bildirir”, - kanal yazıb.
"Hraparak" isə xəbəri daha geniş formada təqdim edib. Bildirlib ki, qərarı Baş nazir Nikol Paşinyan imzalayıb:
"Baş nazirin qərarı ilə MTX-nin direktoru Armen Abazyan tutduğu vəzifədən azad edilib.
Milli Təhlükəsizlik Xidmətinin direktorunun vəzifələrinin icrası müvəqqəti olaraq direktor müavini Andranik Simonyana həvalə edilib".
A.Abazyan 2020-ci il noyabrın 8-də Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. 2024-cü il yanvarın 12-də yenidən həmin vəzifəyə təyin edilib.