Modern.az

Tramp nümayəndəsini Lukaşenko ilə görüşə göndərir

Tramp nümayəndəsini Lukaşenko ilə görüşə göndərir

Dünya

18 İyun 2025, 13:34

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Belarusa səfər etmək niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, o, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək.

Görüşün mövzuları qeyri-müəyyəndir, lakin Kelloq özəl olaraq bu səfəri “Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqlarına başlamağa kömək edə biləcək” addım kimi təqdim edib.

ABŞ hakimiyyəti Minski az da olsa, Moskvanın təsir dairəsindən çıxarıb Vaşinqtonun orbitinə salmağın yollarını müzakirə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!