Modern.az

ABŞ İrana hücum etməyə HAZIRLAŞIR - Tarix AÇIQLANDI

ABŞ İrana hücum etməyə HAZIRLAŞIR - Tarix AÇIQLANDI

Dünya

19 İyun 2025, 08:11

ABŞ hakimiyyəti yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, əməliyyat iyunun 21-22-də keçirilə bilər, lakin tarixlərin dəyişmə ehtimalı da var.

"Vəziyyət hələ də inkişaf edir və dəyişə bilər", - agentlik yazıb.

Məlumata görə, bir neçə federal agentliyin yüksək vəzifəli məmurları da hücuma hazırlaşmağa başlayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu