“Bildiyimə görə, hazırda üçtərəfli görüş nəzərdə tutulmayıb. Ancaq heç bir şeyi istisna etmək olmaz - çox vaxt qərarlar yerində verilir”.
Modern.az xəbər verir ki, bunu iyunun 19-da baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri çərçivəsində Ermənistan-Azərbaycan-Türkiyə üçtərəfli görüşünün nəzərdə tutulub-tutulmaması ilə bağlı sualı cavablandıran hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Eqoyan jurnalistlərlə söhbətində deyib.
"Səfər çox vacibdir, müstəqillik əldə etdikdən sonra ilk ikitərəfli səfərdir. Xüsusilə də bu təlatümlü regionda mən hesab edirəm ki, biz Türkiyə ilə danışmalı və bir-birimizi başa düşməliyik. Hazırda Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi gündəmdədir”, - Arman Eqoyan vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Türkiyəyə səfəri gözlənilir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə sabah Türkiyəyə gedəcək.