Modern.az

Məqsədlərimizdən biri Xameneinin öldürülməsidir - İsraildən AÇIQLAMA

Məqsədlərimizdən biri Xameneinin öldürülməsidir - İsraildən AÇIQLAMA

Dünya

19 İyun 2025, 15:28

İsrailin müdafiə naziri İsrael Katz İranın ali lideri Əli Xameneini hədələyib.

Modern.az bu barədə "ynet" portalına istinadən xəbər verir.

Məlumata görə, o, bu barədə İranın hədəfə aldığı Holon bölgəsinə səfəri zamanı danışıb.

“İsrailin məhvini əlində bayraq edən Xamenei kimi diktator mövcudluğunu davam etdirə bilməz. O, mövcud olmağa davam edə bilməz”, - nazir deyib.

O, Xameneini “müasir dövrün Hitleri” adlandırıb. Nazir əlavə edib ki, Xameneinin öldürülməsi İsrailin hərbi əməliyyatlarının əsas hədəflərindən biridir.

Xatırladaq ki, ötən gün İsrailin "9-cu Kanal"ı iddia edib ki, İsrail təyyarələri Tehranda ali lider Əli Xameneinin bunkeri yerləşən məhəlləni bombalayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Əli Xamenei ilə bağlı paylaşım edib. Tramp Xameneinin yerini dəqiq bildiklərini, onu hədəf ala biləcəklərini, lakin hələlik bu addımı atmayacaqlarını qeyd edib.

"Biz "Ali Lider" adlandırılan şəxsin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu hələlik sıradan çıxarmayacağıq (öldürməyəcəyik). Amma mülki şəxslərə və Amerika əsgərlərinə raket atılmasını istəmirik. Səbrimiz tükənir. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirik!"

Bu xəbər ilə bağlı
Xameneinin yaxın ətrafı “YOXA ÇIXIR”
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!