Modern.az

Tramp İranın Liviyaya çevriləcəyindən qorxur

Tramp İranın Liviyaya çevriləcəyindən qorxur

Dünya

20 İyun 2025, 09:10

ABŞ prezidenti Donald Tramp İranda mövcud hakimiyyət yıxılacağı təqdirdə ölkənin Liviyaya çevriləcəyindən ehtiyat edir.

Modern.az xəbər verir ki, bu barədə "New York Post" ABŞ prezidentinin şəxsi söhbətləri ilə tanış olan bir neçə mənbəyə istinadən yazıb.

Nəşrin mənbələrinə görə, Trampın ABŞ-ın İsrail və İran arasında hərbi münaqişəyə girməsi ilə bağlı qərarını iki həftə təxirə salmasına səbəb narahatlıqlar olub.

Administrasiyaya yaxın olan üç şəxsin sözlərinə görə, son günlərdə  Tramp 2011-ci ildə ABŞ-ın Müəmmər Qəddafini devirmək üçün NATO-nun bombardman kampaniyasına qoşulmasından sonra 10 il ərzində Liviyanın anarxiyaya düşdüyünü xatırladıb. Tramp Əfqanıstan və İraqı da xatırladıb.

Beşinci mənbə bildirib ki, ABŞ prezidenti İsrail təyyarələrinin çatdıra bilmədiyi 30 min funtluq bunker bombalarından istifadə edərək İranın Fordo və Natanzdakı nüvə obyektlərinə məhdud hava zərbələri endirmək əmri verməyə meyllidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB