Modern.az

Bu ölkə Tehrandakı səfirliyini bağladı - Diplomatları Azərbaycana göndərir

Bu ölkə Tehrandakı səfirliyini bağladı - Diplomatları Azərbaycana göndərir

Dünya

20 İyun 2025, 08:05

İranda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi səbəbindən Avstraliya Tehrandakı səfirliyini müvəqqəti bağlamaq və diplomatik işçilərini evakuasiya etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu haqda Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

 

Avstraliya Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, səfirliyin bütün əməkdaşları və onların ailə üzvləri ölkəni tərk edəcək. Yeganə istisna, hökumətin böhrana reaksiyasını koordinasiya etmək üçün regionda qalacaq səfirdir.

 

İranı tərk edən Avstraliya vətəndaşlarına kömək etmək üçün Azərbaycana konsulluq əməkdaşları ezam olunub. Açıqlamada vurğulanıb ki, İranı təhlükəsiz şəkildə tərk edə biləcək bütün avstraliyalılar bunu mümkün qədər tez etməlidirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB