Modern.az

Ərdoğandan İsrail-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Ərdoğandan İsrail-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Dünya

20 İyun 2025, 17:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə İran arasında 8 gündür davam edən müharibə ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Ərdoğan deyib ki, daha çox mülki itki və Avropa ilə Asiyaya uzun illər təsir edə biləcək dəhşətli fəlakət yaşanmadan əllərin tətikdən çəkilməsi şərtdir.

“İsrail üzərində təsir gücünə malik olan qüvvələr Netanyahunun oyununa getməməli və təsir imkanlarından müharibəni dərinləşdirmək üçün deyil, bölgəmizdə atəşkəs və sabitliyi bərqərar etmək üçün istifadə etməlidirlər”, - Ərdoğan vurğulayıb.

O, Türkiyənin bu istiqamətdə atılan hər bir addımı dəstəkləyəcəyini və buna töhfə verəcəyini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB