Modern.az

İran İsrailin iki hərbi bazasını vurdu

İran İsrailin iki hərbi bazasını vurdu

Dünya

20 İyun 2025, 20:32

İran İsrailin bir sıra hərbi obyektlərinə, o cümlədən Nevatim və Hatzerim aviabazalarına raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.

 

Məlumata görə, "Doğru vəd - 3" əməliyyatının 17-ci mərhələsi çərçivəsində hərbi komplekslər, müdafiə müəssisələri, komanda mərkəzləri, İsrailin hərbi əməliyyatlarına dəstək verən şirkətlər, eləcə də Nevatim və Hatzerim aviabazaları da daxil olmaqla bir sıra hədəflərə zərbələr endirilib.

 

İsrail mediasının məlumatına görə, İranın raket hücumu nəticəsində Hayfa şəhərinin əsas limanı yaxınlığındakı binalar zədələnib. Xəsarət alanların sayı 17 nəfərə çatıb və onlara lazımi tibbi yardım göstərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB