Modern.az

Üçüncü dünya müharibəsi - Putindən XƏBƏRDARLIQ

Üçüncü dünya müharibəsi - Putindən XƏBƏRDARLIQ

Dünya

20 İyun 2025, 21:28

Rusiya Prezidenti Vladimir Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır.

Modern.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.

O, dünyamızın üçüncü dünya müharibəsinə doğru sürüşməsindən, o cümlədən İran və İsrail arasında qarşıdurma səbəbindən narahat olduğunu bildirib.

Rusiya lideri münaqişənin həlli yollarını tapmağa çağırıb:

“Münaqişə üçün böyük potensial var və bu, getdikcə artır. Bu, birbaşa bizə də aiddir - Ukraynada yaşadığımız münaqişə. Və əlbəttə ki, biz İranın nüvə obyektləri ətrafında baş verənlərdən də çox narahatıq. Yaxın Şərqdə baş verənlər diqqət və münaqişənin, xüsusən də sülh yolu ilə - bütün istiqamətlərdə həlli yollarının axtarışını tələb edir. Bura toplaşmağımızın səbəblərindən biri də budur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB